Ada Lavleys

Ada Lavleys
ing. Augusta Ada King, Countess of Lovelace
Doğum adı Augusta Ada Byron[5]
Doğum tarixi 10 dekabr 1815(1815-12-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 noyabr 1852(1852-11-27)[3][2][…] (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi uşaqlıq xərçəngi[d][7]
Dəfn yeri
  • Müqəddəs Mariya Maqdalena kilsəsi[d]
Uşaqları
Atası Corc Bayron[4]
Anası Leydi Bayron[4]
Elm sahələri riyaziyyat[8], informatika[d]
İş yeri
İmza

Ada Lavleys (ing. Augusta Ada King Byron, Countess of Lovelace, (10 dekabr 1815[1][2][…], London[6]27 noyabr 1852[3][2][…], Marlibon[d], Birləşmiş Krallıq) — Çarlz Bebbic tərəfindən təklif olunan mexaniki ümumi təyinatlı kompüter olan Analitik Mühərrik üzərindəki işi ilə tanınan ingilis riyaziyyatçısı və yazıçısıdır. Maşının sırf hesablamadan kənar tətbiqlərə malik olduğunu ilk anlayan o oldu.Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır. Bu xanım həmçinin "sikl" və "işçi xana" terminlərini də ilk dəfə tətbiq etmişdir. 1979–1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə Ada proqramlaşdırma dili yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. 17 fevral 1983-cü ildə ADA obyektyönümlü proqramlaşdırma dili ANSI tərəfindən rəsmən standartlaşdırılmışdır. Bu dil ABŞ Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş layihə çərçivəsində hərbi təyinatlı sistemlər və böyük hərbi kompüterlər üçün vahid proqramlaşdırma dilinin yaradılması məqsədilə işlənib hazırlanmışdır. Bundan başqa ilk proqramçı olan bu xanımın adının əbədiləşdirilməsi məqsədilə 1998-ci ildə Ada mükafatı təsis edilmişdir.[9]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. 1 2 Байрон, Джордж-Ноэль-Гордон (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 726–730.
  4. 1 2 3 Kindred Britain.
  5. Stein D. Ada: A Life and a Legacy (ing.). The MIT Press, 1985.
  6. 1 2 Amson-Bradshaw G. Pioneers of Science and Technology (ing.). 2018. P. 13. 48 p. ISBN 978-1-5263-0422-3
  7. The Calculating Passion of Ada Byron (ing.). 1986.
  8. Çex Milli Hakimiyyət Məlumat bazası.
  9. "Ada Lavleys (1815-1852)". 2013-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search